Bakı. Trend:
Dünya Bankı Azərbaycanla hökumətə dəstəyə dair yeni sazişin əldə edilməsi üzrə danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, yeni proqramın təbii resurslar, iqtisadiyyat, innovasiyalar sektoru və s. kimi sahələri əhatə edəcəyi gözlənilir.
"Qeyd etmək istəyirəm ki, Azərbaycana texniki yardım proqramımız Azərbaycanın 2026-cı ilə qədərki Milli Strategiyasının dəstəklənməsinə yönəlib. Strategiyaya "ağıllı" şəhər və kəndlər, rəqəmsallaşma, təbii resurslar sahəsində layihələrin həyata keçirilməsi daxildir. Həmçinin biz bu proqram çərçivəsində xüsusən mənfi çağırışların və şokların qarşısının alınması üzrə artıq mövcud olan beynəlxalq vasitələrin optimallaşdırılması və cəlb edilməsi yolu ilə Azərbaycanın iqtisadiyyatını da dəstəkləyirik", - o deyib.
Qeyd edək ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.