...

Azərbaycan TDT ölkələrini Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştiraka dəvət edir - Nazir

İqtisadiyyat Materials 30 Mart 2023 16:56 (UTC +04:00)
Azərbaycan TDT ölkələrini Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştiraka dəvət edir - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrini Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştiraka dəvət edir.

Trend cümə axşamı xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin Budapeştdə keçirilən görüşü çərçivəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Aİ ilə enerji əməkdaşlarığının genişləndirilməsi Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin, həmçinin Azərbaycandan "yaşıl enerjinin" tədarükü layihəsinin genişləndirilməsi ilə yanaşı, türk dövlətləri arasında enerji əməkdaşlığına yeni təkan verib.

P.Şahbazov, həmçinin, əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına hər il 1,5 milyon ton Qazaxıstan neftinin nəqli, Özbəkistanla yeni layihələrə start verilməsi, habelə Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlıq haqqında sənədin imzalanması TDT ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti