...

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

İqtisadiyyat Materials 31 Mart 2023 15:38 (UTC +04:00)
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

Bakı. Trend:

3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin, Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti