Bakı. Trend:
Azərbaycanın regionlarında kənd tərərrüfatı və bizneslə məşğul olan şəxslərin maliyyə xidmətlərinə daha yaxşı çıxışını təmin etmək üçün “FINCA Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı xidmət şəbəkəsinin artırılmasına daima diqqət yetirir. “FINCA Azərbaycan” ötən dövr ərzində kənd təsərrüfatı sahəsində böyük potensialı olan Sabirabad rayonunda yeni filialını müştərilərinin istifadəsinə təqdim etmiş, 2023-cü ilin aprelin 7-də isə öz filialının rəsmi açılış mərasimini həyata keçirmişdir.
“FINCA Azərbaycan” mikromaliyə təkşilatı Azərbaycandan başqa dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və bizim məqsədimiz maliyyəyə çıxışı imkanlarını artırmaqdır. Buna nail olmaq üçün biz fermerlərə, kiçik biznes və təsərrüfat sahiblərinə xidmətlər göstəririk. Sabirabad filialın açılışı bizə yerli biznes sahiblərinə daha yaxşı əlaqə quraraq müştərilərimizə daha yüksək xidmət göstərməyə kömək edəcəkdir,” – “FINCA Azerbaijan”ın baş direktoru Timoti Tarrant açılış nitqində tədbir iştirakçılarını salamlayaraq qeyd edib.
Tədbirdə iştirak edən Azərbaycan Mikromaliyyə Assosiyasının İdarə Heyətinin üzvü Aynur Əliyeva və Sabirabad rayon İcra Hakimiyyətinin Başçının müavini Nəsir Mirzəliyev “FINCA Azerbaijan”ın yeni filialının açılışı geniş iqtisadi potensialı olan Sabirabad regionunda mikromaliyyə xidmətlərinin genişlənməsinə və vətəndaş məmnuniyyətinin artmasında xidmət edəcəyini vurğuladılar.
Ənənəyə sadiq qalaraq, Sabirabad regionunda “FINCA Azerbaijan”la əməkdaşlıq edən bir neçə müştəri açılış tədbirinə dəvət olunmuşdur və xatirə hədiyyələrlə dəyərləndirilmişdilər.
“FINCA Azerbaijan”ın yeni Sabirabad filialı Sabirabad şəhəri, H. Əliyev prospekti 47 ünvanında yerləşən filial Bazar ertəsi – Cümə günlərində saat 09:00-18:00 xidmət göstərir.