...

Tuğ kəndinin çox gözəl turizm potensialı var - Murad Ağabəyli

İqtisadiyyat Materials 7 May 2023 11:29 (UTC +04:00)
Tuğ kəndinin çox gözəl turizm potensialı var - Murad Ağabəyli

Bakı. Trend:

Tuğ kəndinin çox gözəl turizm potensialı var.

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin qoruqların idarə etmə heyətinin sədri Murad Ağabəyli deyib.

"Tuğ Azərbaycanın ən qədim, ən gözəl kəndlərindən biridir. Tuğun eyni zamanda çox gözəl turizm potensialı var. Biz Tuğun turizm kansepsiyasını hazırlayarkən əsas üç istiqaməti götürmüşük. Bu istiqamətlərdən birincisi tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsi, bunlardan ikincisi Tuğun zəngin təbiətindən istifadə etməklə burada ekoturizm istiqamətində turizmin inkişaf etdirilməsi, üçüncü istiqamət kimi, bildiyniz kimi Tuğun aqroturizm potensialı var. Biz Tuğun aqroturzm potensialından istifadə edərək burada, bu istiqamətdə turizmin inkişaf etdirilməsini düşünürük.

İlkin mərhələdə biz Tuğun tarixi hissəsində ilkin turizm infrastukturunun yaradılması istiqamətində işlər aparacağıq. Artıq bu istiqamətdə işlər başlanıb. Biz bu obyektlərin konsepsiyalara uyğun müxtəlif obyeklərin layihələndirilməsi işlərini həyata keçiririk. Kəndin girişində biz avtodayanacaq, digər zəruri turizm infrasturukturlarının yaradılmasını, ikinci istiqamətdə kənd məktəbinin, Məlik saray kompleksinin bərpa edilməsini düşünürük və digər istiqamətdə turizm informasiya mərkəznin, kulnariya mərkəzinin qurulmasını, eyni zamanda iaşə obyektlərinin qurulmasını planlamışıq", - deyə M.Ağabəyli bildirib.

Qoruqların idarə etmə heyətinin sədri həmçinin Tuğun tarixi memarlıq üslubundan danışıb.

"Gördüyünüz kimi binaların əksəriyyəti, tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vandalizmə məruz qalıb. Və bu vandalizm deyəndə mən təkcə bu tarixi binaların dağıdılmasını nəzərdə tutmuram. Eyni zamanda bir çox abidələrimiz işğal müddətində dəyişdirilərək üzərində çoxlu əlavələr edilmiş və bu tarixi görkəmini hansısa bir formada itirmişdir. Biz xarici və yerli ekspertlərin birgə səyi nəticəsində həmin abidələri yenidən araşdıracağıq. Yenidən təqiq edəcəyik və onları ilkin tarixi görkəminə qaytaracağıq.

Turizm informasiya mərkəzini burada yaratmaqla Şuşaya gedən turistlər ətraf kəndlər barədə buradan məlumat alacaqlar", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti