...

Təxminən 11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir

İqtisadiyyat Materials 18 May 2023 05:39 (UTC +04:00)
Təxminən 11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir

Bakı. Trend:

Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40% artaraq 2022-ci ilin may ayındaki 7,8 milyondan 10,9 milyona çatıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında deyilir.

Tənzimləyicinin məlumatına görə, Böyük Britaniyada təxminən 5,6 milyon insan son altı ayın ən azı üçündə kommunal ödənişlər və ya kredit ödənişlərini gecikdirib. İl ərzində onların sayı 1,4 milyon nəfər artıb.

Sorğunun nəticələrinə görə, ölkənin yetkin əhalisinin təxminən yarısı və ya təxminən 28,4 milyon insan bu ilin yanvarında altı ay daha əvvəl ilə müqayisədə yaşayış dəyərinin artması ilə bağlı daha çox narahatlıq və ya stress hiss edib.

Qeyd edək ki, Böyük Britaniyada apreldə inflyasiya 10,1% təşkil edib. İngiltərə Bankı cari il üçün istehlak qiymətlərinin artım tempinin 5,1% təşkil edəcəyini, 2024-cü ilin sonunda isə 2,3%-ə qədər azalacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti