...

Rəşt-Astara dəmir yolu ilə bağlı saziş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında yeni səhifə açacaq - Nazir

İqtisadiyyat Materials 15 İyun 2023 13:57 (UTC +04:00)
Rəşt-Astara dəmir yolu ilə bağlı saziş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında yeni səhifə açacaq - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə saziş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında yeni səhifə açacaq.

Trend cümə axşamı xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə deyib.

"Son iki il ərzində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə bir sıra tədbirlər görmüşük və bunların arasında ən konstruktiv olanı Rəşt-Astara dəmir yolunun tikintisi üzrə sazişin imzalanması oldu. Bu addım dəhlizin inkişafında yeni səhifə açacaq", - o deyib.

Xatırladaq ki, Azərbaycan ərazisindən keçən Rəşt-Astara dəmir yolunun tikintisi üzrə sazişin imzalanması mayın 17-də Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə baş tutub.

Müqaviləyə əsasən, bu dəmir yolunun tikintisinə Rusiya tərəfi 1,6 milyard avro sərf edəcək. Dəmir yolunun 48 ay ərzində inşa edilməsi planlaşdırılır.

Rəşt-Astara xəttinin uzunluğu 170 km-dir. O, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin quru yol sahələrini birləşdirmək üçün lazımdır ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək. Bu dəmir yolu xəttinin Moskva və Tehranın iştirakı ilə, İran Astarası ilə Azərbaycan Astarası arasında olan sahənin isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcəyi gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti