...

Yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 19 İyun 2023 13:13 (UTC +04:00)
Yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına 3 milyon 773 min 219 ton yük daşınıb.

Trend-in məlumatına görə, bu TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən limanlara 110 min 549 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 698 min 770 ton yük çatdırıb.

Bu müddət ərzində Əlzəzair bayraqlı gəmilərlə Türkiyə limanlarına 963 min 900 yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına Əlcəzairdən 154 min 367 tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton tranzit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti