...

Argentina ilə Azərbaycan arasında ticarət dövriyyəsi 10 dəfə artıb - Səfir

İqtisadiyyat Materials 21 İyun 2023 01:47 (UTC +04:00)
Argentina ilə Azərbaycan arasında ticarət dövriyyəsi 10 dəfə artıb - Səfir
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın Azərbaycanda səfirliyi açılandan bəri iki ölkə arasında ticarət dövriyyəsi 10 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Argentinanın Azərbaycandakı səfiri Marianxeles Beluççi ölkənin milli bayramına həsr olunan tədbir zamanı bildirib.

O, həmçinin qeyd edib ki, son bir ildə dövriyyə əvvəlki illə müqayisədə iki dəfə artıb:

"Ölkələrimiz arasında əlaqələr 1990-cı illərin əvvəllərindən davamlı şəkildə inkişaf edir ki, bu da əlaqələrin möhkəmləndirilməsinə və ikitərəfli ticarətin inkişafına yönəlmiş çoxsaylı sazişlərdə öz əksini tapıb. Bu münasibətlərdə heç bir ziddiyyət yoxdur, əksinə, beynəlxalq hüququn bir çox ümumi prinsiplərinin tətbiqi ilə bağlı oxşar fikirlər qalmaqdadır".

Səfirin sözlərinə görə, iki ölkə arasında iqtisadi-ticarət, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur:

"Səfirlik olaraq biz Argentina şirkətlərinin Ələt limanının təklif etdiyi imkanlardan yararlana bilməsini və Azərbaycanın Argentina məhsullarının təkcə yerli deyil, həm də regional səviyyədə yayılması mərkəzinə çevrilməsini təmin etməyə çalışırıq".

O əlavə edib ki, Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclası bu ilin sonuna planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti