...

Türkiyədən mənzil alan Ukrayna vətəndaşlarının statistikası açıqlanıb

İqtisadiyyat Materials 21 İyun 2023 09:31 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 770 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 115 obyekt azdır.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Ukrayna vətəndaşları Türkiyədə 175 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 66 obyekt azdır.

2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.

Yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti