Bakı. Trend:
"Yelo Bank" hər zaman gənclərə yönümlü layihələri ilə seçilir. Bu dəfə bankda “Media savadlılığında QHT-lərin rolu” layihəsinin növbəti görüşü keçirilib. Müxtəlif universitetlərdən 50-yə yaxın aktiv tələbə və məzunlar "Yelo Bank"la tanışlıq üçün baş ofisdə qonaq oldular. Əvvəlcə info-tur çərçivəsində baş ofisin müasir interyeri və əməkdaşlar üçün yaradılmış imkanlardan geniş bəhs edildi.
Tədbirin əsas məqamı bank rəhbərliyi ilə görüş oldu. "Yelo Bank"ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova gəncləri salamlayaraq, onları bank haqqında məlumatlandırdı. O, həmçinin, öz karyera və təhsil təcrübələrini bölüşərək, gənclərə çox dəyərli tövsiyələr verdi. İnsan kapitalı və ictimaiyyətlə əlaqələr üzrə rəhbər heyət də "Yelo Bank"da keçirilmiş və gözlənilən layihələrdən ətraflı bəhs etdilər.
Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov "Yelo Bank" rəhbərliyinə göstərilən diqqətə görə gənclər adından təşəkkürünü bildirdi. Sonda iştirakçıların sualları cavablandırıldı və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilərək, xatirə fotosu çəkdirildi.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. "Yelo Bank" istedadlı gənclərin karyera dəstəkçisi olmaq siyasətinə hər zaman sadiqdir və gələcəkdə daha çox tələbə üçün bankda "açıq qapı" və karyera günləri təşkil ediləcək.
"Yelo Bank"
vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə
zəng edin və ya "Facebook", "Instagram" və ya
"Whatsapp" hesablarımıza
yazın.
"Yelo Bank" – Parlaq bankçılıq!