...

Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırıb

İqtisadiyyat Materials 28 Avqust 2023 17:01 (UTC +04:00)
Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"IrAero" aviaşirkəti avqustun 31-dən etibarən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.

Trend bu barədə bazar ertəsi xəbər verir.

Şirkətin verdiyi məlumata görə, cümə axşamları Krasnoyarskdan Bakıya əlavə reys işə salınır. Beləliklə, aviaşirkətin təyyarələri cümə axşamları və bazar günləri Azərbaycanın paytaxtına uçacaq.

Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də uçacaq və saat 22:10-da Bakıya enəcək. Əks istiqamətdə təyyarə saat 11:30-da uçacaq və Krasnoyarska saat 19:10-da enəcək. Bazar günləri təyyarələr saat 09:10-da uçacaq və Krasnoyarskda saat 16:50-də enəcək. Uçuş və gəliş vaxtları hər yerdə yerli vaxtla göstərilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda sərnişindaşımalar 1 milyard 41 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 16,3 faiz çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti