...

Güzəştli ipoteka kreditinin ayrılması nə vaxta nəzərdə tutulur? - AÇIQLAMA

İqtisadiyyat Materials 13 Sentyabr 2023 12:06 (UTC +04:00)
Güzəştli ipoteka kreditinin ayrılması nə vaxta nəzərdə tutulur? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.

Bəs İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka üçün limitlər nə vaxt ayrılacaq?

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, güzəştli ipoteka kreditləşməsi üçün limitlər hər ilin əvvəli ayrılır.

Güzəştli ipotekanın şamil olunduğu əhali kateqoriyaları barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. (http://mcgf.gov.az/menu/46)

Qeyd edək ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti