...

Ölkədə gündəlik xam neft hasilatının həcmi açıqlandı

İqtisadiyyat Materials 19 Sentyabr 2023 14:52 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayında ölkədə gündəlik xam neft hasilatı 498 min barel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub.

Bildirilib ki, bunun 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Xəbər lenti

Xəbər lenti