...

Dünya Bankı ilə həyata keçirilən layihələr müzakirə edildi

İqtisadiyyat Materials 22 Sentyabr 2023 13:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Prays və Azərbaycan üzrə ölkə meneceri Stefanie Stalmeysteristerlə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün Mərkəzi Bankda ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Rolande Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stalmeysterlə görüşdük.

Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi apardıq.

Eyni zamanda DB və Mərkəzi Bank arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirələr etdik", - o qeyd edib.

Qeyd edək ki, avqustun 30-da Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti