...

Türkiyə 9 mindən çox milli standartını Azərbaycana təqdim edib - Məmməd Abbasbəyli

İqtisadiyyat Materials 11 Oktyabr 2023 10:30 (UTC +04:00)

Bakı. Trend:

Son illər Azərbaycanda məhsul və xidmətlər bazarının sürətli inkişafı və bu sahədə rəqabətin kəskinləşməsi keyfiyyətin yüksəldilməsini labüd edir. Bu isə öz növbəsində yeni standartların hazırlanmasını və tətbiqini təşviq edir. Nəticə etibarilə tətbiq olunan standartlar rəqabət mühitini formalaşdıraraq ölkədə sahibkarlığın inkişafına təkan verir.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib.

"Beynəlxalq əməkdaşlıq çərçivəsində atılmış ən mühüm addımlardan biri Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türk Standartları İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair razılığın əldə edilməsidir. Əməkdaşlığa əsasən türk milli standartlarının ölkəmizdə istifadə edilməsi məqsədilə Türkiyə 9000-dən çox milli standartını Azərbaycana təqdim edib və bu da AZSTAND-ın ölkə ərazisində Türkiyə standartlarının rəsmi nəşrlərini yaymaq hüququna malik olmasına imkan yaradıb. Həmçinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 27 laboratoriyanın qurulmasına dair təklif yer alıb və həmin laboratoriyaların qurulması istiqamətində fəaliyyətə başlanılıb. Texniki tənzimləmənin şamil olunduğu mallara dair texniki reqlamentlərin qəbulu məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Avropa İttifaqında qüvvədə olan aidiyyəti direktivlərin ilkin siyahısı hazırlanıb və hökümətə təqdim olunub", - deyə Məmməd Abbasbəyli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti