Bakı. Trend:
Yelo Bank-ın çoxfunksiyalı mobil tətbiqi hər keçən gün
imkanlarını genişləndirməyə davam edir. Bu dəfə Yelo App vasitəsilə
filiala gəlmədən hesab barəsində məlumatları onlayn sifariş edib,
daha sonra isə səfirliyə təqdim etmək mümkündür. Bunun üçün Yelo
App-in “Əlavələr” bölməsindən və ya istənilən kart və ya hesabın
daxili menyusunda “Səfirliyə arayış” seçmək lazımdır. Burada lazım
olan məlumatları doldurub, sifarişi tamamladıqdan sonra arayış 1 iş
günü ərzində kuryer vasitəsilə olduğun yerə çatdırılacaq.
Yelo Bank daim innovativ yenilikləri ilə müştərilərin həyatını
asanlaşdırmağa çalışır. Xüsusilə, Yelo App filiallarda həyata
keçirilən bir sıra bank xidmətlərini özündə cəmləşdirir. Tətbiq
vasitəsilə 2 dəqiqədən az vaxt sərf etməklə kart, kredit sifariş
edə, həm ölkədaxili, həm də ölkəxaricinə pul köçürmələri, kommunal,
parkinq, dövlət və bir sıra ödənişləri anında həyata keçirmək
mümkündür. Bundan əlavə, Yelo App ilə telefon kitabçasında olan,
tətbiqi yükləyən digər istifadəçilərə asanlıqla pul göndərmək və ya
ondan pul qəbul etmək funksiyaları da aktivdir. Yelo App yükləmək
üçün: https://bit.ly/ylmbltb
Bank xidmətləri, eləcə də ƏDV
geri al ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!