Bakı. Trend:
Təhlükəsizliyin və rahatlığın hər şeydən üstün olduğu indiki
dövrdə Yelo Bank-dan göydəndüşmə təklif var. Belə ki, Bank dəyərli
əşyalarınızı etibarlı şəkildə saxlaya biləcəyiniz depozit qutuları
təklif edir. Depozit qutuları nədir və hansı üstünlükləri var?
Depozit qutuları mühüm sənədləriniz, qızıl-zinət əşyalarınız və ya
sadəcə gizli qalmasını istədiyiniz məlumatlarınız üçün xüsusi
mühafizə olunan yerdir. Yelo Bank isə münasib qiymətlərlə depozit
qutularının icarəsini təmin edir. Xidmət bir sıra üstünlüklərə
sahibdir:
Təhlükəsizlik: Depozit qutuları qabaqcıl
təhlükəsizlik sistemləri sayəsində 24/7 təbii fəlakət, oğurluq və
ya zədələnmə hallarından mühafizə olunur.
Məxfilik: Yelo Bank depozit qutularında
saxladığınız əşyaların gizliliyini təmin edir. Depozit qutularına
yalnız siz və sizin müvəkkiliniz daxil ola bilər.
Müxtəlif ölçülər: Bank depozit qutularını 3 fərqli
ölçüdə təqdim edir. Mühafizə etmək istədiyiniz əşyanın ölçüsünə
uyğun depozit qutusunu icarəyə götürə bilərsiniz.
Rəqabətli tariflər: Bank-ın təklif etdiyi depozit
qutularının sərfəli qiyməti bu xidmətdən hər kəsin yararlanmasına
imkan verir. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək
kifayətdir.
Xidmət müddəti ərzində icarəyə götürdüyünüz depozit qutusundan
limitsiz istifadə imkanına sahib olacaqsınız. Qeyd edək ki, bu
xidmət Bank-ın Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən
Mərkəz filialında aktivdir. Daha ətraflı: https://bit.ly/3rUlS73
Yelo Banka
depozit qoymaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!