...

Şahin Bağırov "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpasından danışıb

İqtisadiyyat Materials 20 Noyabr 2023 13:50 (UTC +04:00)
Şahin Bağırov "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpasından danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpası ölkələr arasındakı ticari əlaqələrdən asılıdır.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə deyib.

"Hazırda "Eyvazlı" gömrük postunda hərəkətlilik yoxdur. Gələcəkdə dövlət siyasətinə uyğun olaraq, Azərbaycanda yerləşən bütün nəzarət-buraxılış məntəqələrinin imkanlarını artırmağı planlaşdırırıq", - o deyib.

Xatırladaq ki, Qubadlı-Eyvazlı avtomobil yolu dövlət başçısının tapşırığı ilı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən və Azərbaycanın işğaldan azad edilmiş rayon və kəndlərinin sosial-iqtisadi inkişafında mühüm rol oynayan yol infrastruktur layihələrindən biridir. 28,5 kilometr uzunluğunda dördüncü texniki kateqoriyalı yol ikizolaqlı olacaq.

Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndləri ərazisindən keçir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti