Dubay. Trend:
Son iki yüz il ərzində atılmış bütün karbon tullantılarının yarısı son otuz ilin payına düşür və bu tullantılar getdikcə artmaqdadır.
Trend xəbər verir ki, bunu.Xorvatiyanın baş naziriAndrey Plenkoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.
"Əfsuslar olsun ki, iqlim dəyişikliyi ilə əlaqədar narahatlıq hər gün getdikcə daha da güclənir. Qlobal istiləşmənin olması ilə bağlı üzücü reallıq isə ləngimək əvəzinə daha da sürətlənir. İstixana qazlarının tullantıları artmağa davam edir. Sənaye dövrü başlayandan noyabrın 17-də qlobal istiləşmə ilə bağlı simvolik həddi 2 faiz keçdik. Hələ bu yaxında bu ağlasığmaz görünürdü. Bu, iqlim dəyişikliklərinin nəticələrini yüngülləşdirmək üçün daha çoxunu etməli olduğumuza dair aydın xəbərdarlıqdır. Lakin biz əksini edirik", - o deyib.
Plenkoviçin sözlərinə görə, Xorvatiya Avropa İttifaqında bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına görə beşinci, ümumilikdə bərpa olunan enerji mənbələrindən enerji istehlakına görə isə səkkizinci yeri tutur.
"Biz dövlət idarəetməsində ekoloji menecmenti tətbiq etməklə və ekoloji dövlət satınalmalarımıza ekoloji meyarları daxil etməklə mühüm addımlar atmışıq. Karbon tullantılarına əlverişli qiymətlərin formalaşması artıq karbon tullantılarının 43 faiz azalmasına səbəb olub.
Bilirik ki, karbon tullantılarının yarısı ən zəngin ölkələrin 10 faizinin payına düşür, bəşəriyyətin ən yoxsul hissəsinin payına isə tullatınların cəmi 8 faizi düşür. İndi həmişə olduğundan daha sürətli və qlobal istiləşməyə təsirimizə uyğun olaraq hərəkət etməliyik. Xorvatiya COP konvensiyası çərçivəsində etibarlı tərəfdaş rolunda çıxış etməyə tam qətiyyətlidir", - deyə o sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)