...

Hesablama Palatası analitik fəaliyyətə 3,6 milyard manat yönləndirib

İqtisadiyyat Materials 8 Aprel 2024 15:54 (UTC +04:00)
Hesablama Palatası analitik fəaliyyətə 3,6 milyard manat yönləndirib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Hesablama Palatası analitik fəaliyyətlə 3,6 milyard manatı əhatə edib.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə həsr olunan mətbuat konfransında deyib.

"Ötən il dörd təhlil aparılıb. 2023-cü ildə Hesablama Palatası analitik fəaliyyətlə 3,6 milyard manatı əhatə edib", - o deyib.

"Ötən il Hesablama Palatası tərəfindən aşkar edilmiş nöqsanların məbləği 1,9 mlrd. manat təşkil edib.

Həm audit, həm də analitik fəaliyyətlə aşkar edilmiş nöqsanların məbləği 1,9 mlrd. manat olmuşdur. Bu məbləğin 103,0 milyon manatı büdcəyə zərərdir", sədr əlavə edib.

Qeyd edək ki, Hesablama Palatasının fəaliyyət istiqaməti əsasən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən Palata kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verir, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparır, dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir və xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti