...

Toxumçuluqla bağlı qanunvericilik tələblərə tam cavab vermir - Hesablama Palatası

İqtisadiyyat Materials 15 Aprel 2024 13:12 (UTC +04:00)
Toxumçuluqla bağlı qanunvericilik tələblərə tam cavab vermir - Hesablama Palatası
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Toxumçuluq sahəsindəki qanunvericilik müasir dövrün tələblərinə tam cavab vermir.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

"Toxumçuluq sahəsi üzrə qüvvədə olan hüquqi aktların müddəaları müasir dövrün reallıqlarına (təkmil beynəlxalq təcrübələrə) tam cavab verməməklə faktiki olaraq toxumçuluğun inkişafında institusional və funksional məhdudiyyətlər yaratmış, o cümlədən ilkin toxumçuluq mərhələsində toxumların (Orijinal, Super Elit və Elit sinifli) artırılması fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini (dövlət-özəl və ya özəl mülkiyyət mənsubiyyətli təsərrüfat subyektlərinin timsalında), yerli hibrid toxumçuluğunun inkişafını təşviq etməmiş, eləcə də toxumların (o cümlədən, qablaşdırılmalı olan sort nümunələrinin) dövriyyəsinin bütün mərhələlərində (idxal, dövlət sınağı, yerli alış, reproduksiya, satış, emal, utilizasiya və s.) sənədləşmə reqlamentini və nəzarət prosedurlarını tənzimləməyib", - deyə nömrədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti