...

BVF 2024-2025-ci illərdə dünyada inflyasiyanın azalacağını gözləyir - Pyer-Olivye Qurinşa

İqtisadiyyat Materials 16 Aprel 2024 17:50 (UTC +04:00)
BVF 2024-2025-ci illərdə dünyada inflyasiyanın azalacağını gözləyir - Pyer-Olivye Qurinşa
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

2024-2025-ci illərdə dünyada inflyasiyanın azalacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı və tədqiqat şöbəsinin direktoru Pyer-Olivye Qurinşa BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində dünya iqtisadiyyatının inkişaf perspektivləri (World Economic Outlook) üzrə məruzəyə həsr olunmuş brifinqdə deyib.

"Dünya iqtisadiyyatı möhtəşəm dayanıqlılıq nümayiş etdirməyə davam edir: artım stabil olaraq qalır, inflyasiya izə azalır, lakin qarşıda daha çox problem var. Qlobal artım 2023-cü ildə 3,2 faiz olub və gözlənildiyi kimi, 2024 və 2025-ciillərdə bu səviyyədə qalacaq. Bu, 2024-cü il üzrə oktyabr proqnozları ilə müqayisədə 0,3 faiz bəndi artım deməkdir", - o deyib.

Qurinşa inflyasiyanın azalmağa davam etdiyini bildirib.

"Orta inflyasiya ötən ilin sonu ilə müqayisədə, bu ilin sonunda 2,8, 2025-ci ilin sonunda isə 2,4 faizədək azalacaq. Həmçinin, son dörd il ərzində böhran nəticəsində iqtisadi göstəricilərin azalacağını proqnozlaşdırırıq, hərçənd qiymətlər ölkədən asılı olaraq fərqlənir. İnflyasiya tendensiyaları ümidvericidir, lakin biz hələ bu hədəfə çatmamışıq. Bu ilin əvvəlindən bəzi ölkələrdə ləngiyən hədəf inflyasiya göstəricilərinə nail olmaq bir qədər asandır. Bu müvəqqəti problem ola bilər, lakin sayıqlığı qorumaq üçün səbəblər var", - deyə BVF eksperti deyib.

O, bir çox ölkələrdə inflyasiyanın davamlı şəkildə yüksək qaldığını əlavə edib.

"Gələcək ticari məhdudiyyətlər, həmçinin, malların inflyasiyasında artıma səbəb ola bilər. İnflyasiyanın hədəf göstəricisinə qayıtması, o cümlədən, pul-kredit siyasətinin diqqətli qiymətləndirilməsini tələb edən ölkələr arasında ciddi fikir ayrılıqları zamanı prioritet olaraq qalmalıdır. Əsas prioritet xüsusən yüksək real faiz dərəcələri, zəif artım və yüksək borc şəraitində büdcə buferlərinin bərpasıdır. Əfsuslar olsun ki, planlaşdırılan büdcə düzəlişləri çox vaxt kifayət etmir və bu il rekord sayda seçimlərin olduğunu nəzərə alsaq, daha çox pozula bilər", - deyə Qurinşa əlavə edib.

Onun sözlərinə görə, aşağı gəlirli ölkələrdə orta müddətli artımın azalmasının geri qayıtması da prioritet məsələdir.

"Struktur islahatları daxili və xarici investisiyalara, o cümlədən, büdcə gəlirlərinin artmasına imkan yaratmalıdır. Bu, borcların dəyərini azaltmağa və maliyyələşdirməyə ehtiyacı azalda bilər. Lakin əmək bazarında və maliyyə bazarlarında ciddi uğursuzluqlar ehtimalı yüksəkdir və düzgün infrastruktur və tənzimləmə lazımdır. Qlobal artım perspektivlərinə, həmçinin, artan geoiqtisadi fraqmentasiya zərər yetirir.

Ticari əlaqələr artıq dəyişir. Bəzi ölkələr qlobal təchizat zəncirlərinin rekonfiqurasiyasından fayda əldə edə bilər. Lakin yekun nəticə yenə də effektivliyin itməsi ola bilər ki, bu da dünya iqtisadiyyatının dayanıqlılığını azaldacaq", - o deyib.

BVF nümayəndəsi qeyd edib ki, son bir neçə il ərzindəki böyük nailiyyət xüsusən bazarı formalaşmaqda olan ölkələr üçün pul-kredit, vergi-büdcə və maliyyə siyasətinin möhkəmlənməsi olub.

"Bu, dünya maliyyə sistemini daha dayanıqlı etməyə kömək edib. Gələcəkdə bu yaxşılaşmaları qoruyub saxlamaq, o cümlədən, mərkəzi bankların bu cür çətinliklə əldə edilmiş müstəqilliyini qorumaq vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən, dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti