...

May ayında respublikada gündəlik neft hasilatı 76 min tonu keçib

İqtisadiyyat Materials 12 İyun 2024 11:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.

Xəbər lenti

Xəbər lenti