Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2155.4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft 20.6%, neft bitumu 18.9%, avtomobil benzini 7.7% artıb, mazut istehsalı isə 69.7% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
| Məhsul növləri | 2024-cü ilin yanvar-may aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı | 
| Avtomobil benzini, min ton | 615 | 107.7 | 45.8 | 
| Ağ neft, min ton | 267.7 | 120.6 | 59.2 | 
| Qazoyllar (dizel yanacağı), min ton | 980.6 | 106.2 | 148.2 | 
| Mazut, min ton | 1 | 30.3 | 1,8 | 
| Sürtkü yağları, min ton | 27.7 | 106.1 | 6.9 | 
| Maye qazlar, min ton | 82.5 | 79.3 | 5 | 
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 435.4 | 99.4 | 74.9 | 
| ondan: | |||
| neft bitumu, min ton | 94.3 | 118.9 | 8.1 | 
| neft koksu, min ton | 96.3 | 91.1 | 40.8 | 
 
                                    