...

Növbəti hərracda neçə nəqliyyat vasitəsi satılıb?

İqtisadiyyat Materials 10 İyul 2024 16:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraca çıxarılan əmlaklara 156 sifariş qəbul edilib, onlardan 27-si elektron qaydada olub.

Trend Dövlət Xidmətinə istinadla xəbər verir ki, növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 24 min manat olan “Hyundai County” markalı avtobus 35 min manata, 5200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 10 min 300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Bowx2 linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə keçiriləcək 16, 23 və 30 iyul tarixli növbəti hərraclara səhmdar cəmiyyətlərinin səhm paketi, nəqliyyat vasitələri və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər Dövlət Xidmətinin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti