Bakı. Trend:
Kristal Abşeronun unikal layihələrindən biri olan Park Yasamalda sərfəli şərtlərlə satışlar sürətlə davam edir. Park Yasamal yaşayış kompleksi şəhərin əlverişli ərazisində yerləşərək göl mənzərəsi və sakinlər üçün tam təminatlı imkanları ilə diqqət çəkir.

Yaşayış kompleksi geniş yaşıllıq sahələri, klinika, məktəb, bağça, uşaq oyun meydançaları, idman zalları, alış-veriş mərkəzləri və digər ictimai obyektləri ilə sakinlərinə yüksək səviyyədə yaşayış imkanı yaradır. Şəhərin mərkəzində yerləşməsi onu hər kəs üçün ideal bir seçim halına gətirir.

Hazırda Park Yasamalda mənzil satışları sürətlə davam edir.
Yaşayış kompleksində istənilən tələbə uyğun mənzil seçimləri
mövcuddur. Kompleksdə müştərilərə 42-51 m2 aralığında
2 otaq studiya, 55-58 m2 aralığında
2 otaq, 65-72 m2 aralığında 3
otaq studiya, 88-98 m2 aralığında 3
otaq, 107-108 m2 aralığında 4
otaq və daha böyük mənzillər təklif edilir. Şəhərin
səs-küyündən uzaq, eyni zamanda şəhər mərkəzinə yaxın olan bu
kompleks ev axtaranlar üçün əlverişli seçimdir.
Park Yasamalda mənzillər beynəlxalq standartlara cavab verən
Avropa brendləri ilə təmir edilməklə sakinlərin uzunmüddətli
rahatlığını təmin edir. Kristal Abşeronun digər şəhər layihələrində
olduğu kimi, burada da mənzillərin təmirində Almaniyanın "Grohe" və
"Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə
şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın
"Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və
aksesuarları istifadə olunur.
Mənzil satışları haqqında ətraflı məlumat üçün Kristal Abşeron şirkətinin rəsmi saytına daxil ola və ya çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı:
*1544 / 050 448 00 00