...

AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır

İqtisadiyyat Materials 21 Fevral 2025 11:26 (UTC +04:00)
AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Koreyanın “Seul City” nəşrinə müsahibəsində deyib.

"Biz bu ilin may-iyul aylarında Azərbaycan Hava Yolları, AZAL tərəfindən həyata keçirilən Bakı və İnçeon arasında birbaşa çarter reyslərini gözləyirik və ümid edirəm ki, çarter reyslərindən sonra da müntəzəm reyslər açılacaq. Birbaşa uçuş marşrutu, şübhəsiz ki, ölkələrimiz arasında turizmin, o cümlədən mədəni və akademik-elmi əlaqələrin, ümumiyyətlə, insanlar arasında əlaqələrin intensivləşməsinə təkan verəcək", - səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti