...

Türkiyədən Azərbaycana pul köçürmələri 7% artıb

İqtisadiyyat Materials 22 Mart 2025 15:30 (UTC +04:00)
Türkiyədən Azərbaycana pul köçürmələri 7% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 151,8 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9% və ya 5,7 milyon ABŞ dolları artıb.

Hesabat ilində ölkənin ümumi köçürmələrində Türkiyənin payı 28,8% təşkil edib.

Həmçinin, ötən il Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 175,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% artım deməkdir.

2023-cü ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 146,1 milyon ABŞ dolları, əks istiqamətdə isə 164,3 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti