...

Azərbaycandan Qazaxıstana pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb

İqtisadiyyat Materials 23 Mart 2025 12:19 (UTC +04:00)
Azərbaycandan Qazaxıstana pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,580 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,104 milyon ABŞ dolları və ya 14,8% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Qazaxıstanın payı 1,6% təşkil edib.

Həmçinin ötən il Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,070 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 7,513 milyon ABŞ dolları və ya 24,6% azalma deməkdir.

2023-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,476 milyon ABŞ dolları, əks istiqamətdə isə 30,583 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.

Xəbər lenti

Xəbər lenti