Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə
ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub
və Yelo Bank 3 nominasiyada mükafatlandırılıb.
Yelo Bank 2024-cü il ərzindəki fəaliyyətinə görə “Korporativ sosial
məsuliyyət”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq üzrə
layihələr (ESG)” nominasiyalarında mükafata layiq görülüb.
Qeyd edək ki, Bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir
çox layihəyə imza atıb. Korporativ sosial məsuliyyət, təhsilə
dəstək və dayanıqlı inkişaf sahələrindəki fəaliyyətləri, Yelo
Bank-ın strateji prioritetlərinin mərkəzində yer alır. Bank
gələcəkdə də bu və bir sıra istiqamətlər üzrə həm müştərilərinə,
həm də cəmiyyətə faydalı layihələri reallaşdırmağa davam
edəcək.
Yelo Bank-dan online
kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!