...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9% artıb

İqtisadiyyat Materials 24 Aprel 2025 11:10 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmaqda davam edir.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.

Ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1,601 milyard manat təşkil edib ki, bunun da 94,3 faizi (1,51 milyard manat) heyvandarlıq sahəsinin, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti