...

İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ

İqtisadiyyat Materials 3 Dekabr 2025 15:51 (UTC +04:00)
İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Trend BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (41 milyard manat).

Siyahıda ikinci pillədə 34,9 milyard manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 5,8 milyard manat dövriyyə ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin yanvar-noyabr ayları üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 40,987,638,043.00 7822
2 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 34,906,157,459.00 23152
3 CPM-İnvest İnvestisiya Şirkəti QSC 5,834,081,404.00 2994
4 Assist Finance İnvestisiya şirkəti ASC 3,319,807,980.00 1522
5 "Unicapital İnvestisiya Şirkəti" ASC 2,692,439,307.00 6519
6 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 2,273,390,468.00 1731
7 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2,052,524,044.00 192
8 Capital Partners İnvestisiya Şirkəti QSC 1,235,922,704.00 1530
9 Troni İnvestisiya Şirkəti QSC 595,615,455.00 6189
10 “İnno Kapital İnvestisiya Şirkəti” ASC 278,793,066.00 1103
11 "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC 207,057,113.00 97
12 MFX Trading İnvestisiya Şirkəti 189,101,349.00 73
13 ASC “Xalq” Bankı 563,010.00 58
Məqalədə:
Xəbər lenti

Xəbər lenti