...

Ekspert: "İlin əvvəlinə nisbətən ərzaq məhsullarının qiyməti daha 30% arta bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2007 17:21 (UTC +04:00)
Ekspert: "İlin əvvəlinə nisbətən ərzaq məhsullarının qiyməti daha 30% arta bilər"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ərzaq məhsullarının qiymətində baş verən dəyişikliklər ilin sonuna qədər davam edəcək. Cümə axşamı Azərbaycanın Azad İstehlakçılar Birlyinin rəhbəri Eyyub Hüseynovun verdiyi məlumata görə, ilin əvvəlinə nisbətən, qiymətlər daha 30% artacaq.

"Qiymətlərin tənzimlənməsi ölkənin ÜTT-yə daxil olmasından sonra baş verəcək. Qiymətlər, əlbəttə ki, təşkilatın siyasətinə uyğun olaraq qalxacaq, lakin dəyişməz qalacaq" - deyə Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, qiymətlərin müntəzəm olaraq artmasının səbəbi ölkədə istehlakçı siyasətinin olmaması, yanvar ayında Tarif Şurasının kommunal xidmətlərin və enerji daşıyıcılarırın qiymətinin artırılmasına dair qərarı ilə əlaqədardır.

Azərbaycanda süd məhsullarırın iri istehsalçılarından biri olan MILK-PRO şirkəti çərşənbə axşamından etibarən, istehsal olunan 44 növ məhsuldan 13-nün qiymətini 10% artırıb. Şirkətdən verilən məlumata görə, qiymət artımı dünya bazarında yağ və süd məhsullarının qiymətinin artması, eləcə də, şirkəti süd ilə təmin edən fermerlərin qiyməti artırması ilə izah olunur.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidmətinin rəhbəri Samir Dadaşov, əvvəllər verdiyi məlumatda, yağın qiymətinin 20% artdığını və bunun dünya bazarında yağ və pendir istehsalçılarına təyin olunan vergilərin məbləğinin artması ilə izah olunduğunu bildirib.

Ölkənin regionlarının fermerləri bildirlər ki, ötən həftədən bir litr südün qiyməti 30 qəpikdən 40 qəpiyə qədər bahalaşıb. Fermerlər bahalaşmanı yemin qiymətinin artması ilə izah edirlər.

Xəbər lenti

Xəbər lenti