...

Bakı Banklararsı Fond Birjası noyabrın 21-də bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Fond Birjasının çərşənbə günü yayılan məlumatında bildirilir ki, Bakı Banklararası Valyuta Bijasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 21 noyabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8478AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollara görə 0,8478AZN təşkil edib. USD/AZN T+0aləti üzrə qeydə alınan əqdlərin həcmi 216 164 AZNtəşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həjmi 26 383 536 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8478 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $31 375 000ABŞ dolları və ya 26 599 700 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına2 852 273ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi, manat vəsaitləri üzrə illik 14,50%, ABŞ dolları üzrə isə illik 15,33% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti