...

2008-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi ehtimal olunur – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2007 14:22 (UTC +04:00)
2008-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi ehtimal olunur – ekspert

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ 2008-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin müntəzəm olaraq aşağı düşməsi istisna olunmur. Bu barədə şənbə günü "Daşınmaz Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru, ekspert Nüsrət İbrahimov məlumat verib.

"Hazırkı qiymətlərlə ayaqlaşmaq iqtidarında olmayan əhalinin tələbatları azaldığından , tikinti şirkətləri müflis olmamaq üçün daşınmaz əmlakın qiymətini ucuzlaşdırmaq məcburiyyətində qlacaqlar" - deyə İbrahimov bildirib.

İctimai Birliyin apardığı hesablamalara görə, oktyabrda alqı-satqı işlərinin sayı sentyabra nisbətdə üç dəfə azalıb. Oktyabr ayında Bakıda evlərin orta qiyməti 100 min dollara qalxıb. Azərbaycanın Statistika Komitəsinin məlumatına əsasən, 2007-ci ildə orta aylıq əmək haqqı 177 manat təşkil edib.

İbrahimovun sözlərinə görə, dünyanın daşınmaz əmlak bazarındakı vəziyyət də gələn il qiymətlərin aşağı düşməsinə təsir edəcək.

ABŞ-da ipoteka böhranından sonra, Amerika və Rusiyada qiymətlər stabilləşib, Qazaxıstanda aşağı düşməyə başlayıb.

ABŞ-da ipoteka böhranı 2006-cı ildə başlayıb. Buna, əsasən, zaminsiz borc götürənlər tərəfindən ödənilməmiş mənzil kreditlərinin artması səbəb olub. Böhran nəzərə çarpacaq dərəcədə artdı və 2007-ci ilin yayında beynəlxalq miqyas almağa başladı. Bu zaman ABŞ-da zaminsiz borc alıcılarına kredit verilməsi ilə məşğul olan iri İpoteka Şirkəti New Century Financial Corporation Nyu-Yorkun Fond Birjasından getdi.

"Tikinti şirkətlərinin müflis olmaması üçün Azərbaycan hökuməti ipoteka portfelini artırmalı və ticarət ipotekasını təkmilləşdirməli idi" - deyə İbrahimov əlavə edib.

2007-ci ilin iyununda, vəsait çatışmamazlığı səbəbindən, Azərbaycanın İpoteka Fondu fəaliyyətini dayandırıb. Fondun fəaliyyətinin bərpa olunması üçün Fond xətti üzrə ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2008-ci ilin Dövlət Büdcəsindən 35 mln. manat ayrılıb, lakin onun maliyyələşdirilməsi üçün xarici maliyyə institutları da cəlb olunacaq. Bundan sonra Fond yalnız sosial ipoteka kereditləşməsini maliyyələşdirəcək. Sosial kreditləşmənin müddəti və şərtləri hələ açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti