...

Qara dəniz regionu ölkələri Tvininq mexanizminin tətbiqi məsələlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend ,müxbir A.Bədəlova/ Dekabrın 17-dən 18-dək Kiyevdə keçiriləcək seminarda Avropa Kommissiyasının Qonşuluq Siyasəti çərçivəsində, Tvininq Proqramının institutional tikinti üzrə nailiyyətləri, bu mexanimzin tətbiqi ilə bağlı problemlər və onların aradan qaldırılması praktikasına dair müzakirlər keçiriləcək.. Seminarın təşkilatçısı Twininq üzrə Proqram İdarəetmə Ofisidir (PİO). Seminarda Qara Dəniz Regionunun Aİ - nin Qonşuluq Siyasətinə qoşulan ölkələri (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və s.) iştirak edəcəklər. Seminarda Azərbaycanı iqtisadi inkişaf nazirliyinin əməkdaşları təmsil edəcəklər. Seminarın əsas məqsədi iştirakçı ölkələr arasında informasiya şəbəkəsi yaratmaqla, əlaqələri genişləndirmək və Twininq mexanizminin tətbiqi üçün institusional baza yaratmaqdır. Twininq mexanizmi ilk dəfə 1998-ci ildə Avropa İttifaqına üzvlüyə namizəd olan ölkələrdə institusional quruculuq layihələrinin icrası məqsədilə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti