Azərbaycan, Bakı / Trend , İ.Xəlilova/ İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə 2008-2011-ci illəri əhatə edən korporativ idarəetmə layihəsinin ikinci mərhələsini maliyyələşdirmək barədə qərar qəbul edib. Bu barədə çərşənbə axşamı Bakıda SECO-nun regional ofisi direktorunun Cənubi Qafqaz ölkələrində əməklaşlıq üzrə müavini Tomas Meyer, layihənin birinci fazasının nəticələrinin təqdimat mərasimində məlumat verib.
SECO ikinci mərhələyə 3 mln. dollar ayıracaq. Yekun məbləğ BMK ilə danışıqların yekunları üzrə, gələn həftə müəyyən olunacaq.
İkinci mərhələnin realizəsinə 2008-ci ilin fevralınadək başlanacaq.
Layihənin birinci mərhələsinin rəhbəri Çarlz Kenfildin sözlərinə görə, ikinci mərhələ korporativ ildarəetmənin tətbiqi təcrübəsinin təkmilləşdirilməsi üzrə yeni məhsulun tətbiqini nəzərdə tutur. Alət qısamüddətli olacaq" - deyə Kenfild bildirib.
İkinci mərhələdə səkkiz pilot şirkət seçiləcək. SC və banklarda korporativ idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstəriləcək.
2,1 mln. manat dəyərində qiymətləndirilən birinci mərhələnin realizəsinə 2005-ci ilin yanvar ayından başlanmışdı.