...

Azərbaycanın Dövlət Komitəsi yanvar-noyabr aylarında ÜDM səviyyəsinin artdığını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir U.İsmayılova/ Azərbaycanda yanvar-noyabr ayları ərzində ÜDM həcmi 20,8 mlrd. manat təşkil edib ki, bu da 2006-cı ilin analoji göstəricisindən 25,4 faiz çoxdur. Bu barədə cümə günü Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məlumat verib.

Vəliyevin sözlərinə görə, ÜDM-in 72 faizi sənaye istehsalı, tikinti və kənd təsərrüfatı sahələrində, 20 faizi xidmət sahələrində istehsal olunub, bu məbləğin 8 faizini isə ixrac vergiləri təşkil edib.

Bu dövr ərzində ÜDM-də sənaye sahəsinin ümumi çəkisi 60 faiz, kənd təsərrüfatının çəkisi 5,2 faiz, tikinti sektorunun çəkisi isə 6,7 faiz təşkil edib. Xidmət sahəsində nəqliyyatın payı 4,9 faiz, rabitənin 1,7 faiz, ticarət və pullu xidmətin payı isə 6,4 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti