...

Qazaxıstan hökuməti növbəti ildə tarif artmını dayandıracağını vəd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 17:33 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend , müxbir K.Konırova/ Qazaxıstan hökuməti növbəti ildə tarif məsələlərini ""Qazmunayqaz" milli şirkəti vasitəsilə müdaxilə yolu" ilə də nizamlamaq niyyətindədir. Bu barədə hökumətin bu günkü iclasında Baş nazir Kərim Mənsimov məlumat verib. "2008-ci ildə biz inflyasiyanın, inflyasiyanı sürətləndirən amillər olduqları üçün, neft məhsullarının, qazın, elektrik enerjisinin qiymət artımının qarşısını almağı qarşımıza məqsəd qoymuşuq" - Mənsimov bildirib və əlavə edib ki, 2008-ci ilin birinci rübündə "bütün istiqamətlərdə və bütün sahələrdə tariflər qalxmayacaq". Baş nazirin sözlərinə görə, növbəti ildə hökumətin birinci iclası bu məsələyə həsr olunacaq. "Biz operativ ölçülər götürməliyik. Bununla yanaşı, mən, dövlət tənzimlənməsi elementlərini, həmçinin, "Qazmunayqaz" milli şirkəti vasitəsilə müdaxilə yolu ilə nizamlanmanı istisna etmirəm"- qeyd edib.

Xəbər lenti

Xəbər lenti