...

Azərbaycan dəmir yolu layihəsi çərçivəsində DB ilə danışıqlar üzrə yekun protokolu imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir İ.Xəlilova/ Dünya Bankı və Azərbaycan hökuməti dəmir yolu ilə tranzit və ticarətə yardım layihəsi üzrə kreditin şərtlərini dəqiqləşdiriblər. Layihənin ümumi dəyəri $673,8 mln. təşkil edir. Bu barədə bazar ertəsi Bankın Bakı nümayəndəliyindən məlumat veriblər. DB layihənin reallaşdırılmasına, dörd ili güzəştli olmaqla, 17 ilə və libor+0,05 faiz dərəcəsi ilə $450 mln. kredit təqdim edəcək. Layihənin qalan hissəsi Azərbaycan hökumətinin payı hesabına təmin ediləcək.

Əvvəlki illərdən fərqli olaraq, Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar, 2008-ci ildən başlayaraq, beynəlxalq kreditlər hesabına həyata keçirilən iş və xidmətlərə ƏDV qoyulacaq (Azərbaycanda o 18 faiz təşkil edir) Bu dəmir yolu layihəsinin ümumi dəyərinin bahalaşmasına gətirəcək.

Bankın nümayəndəliyindən qeyd etdikləri kimi, Azərabaycan hökuməti və DB arasında yanvarın 29-da başlayan danışıqlar artıq başa çatıb. Belə ki, yekun protokolu ölkənin Baş naziri Artur Rasizadə tərəfindən artıq imzalanıb. Bu, krediti Bankın Direkotlar Şurasının təsdiqinə çıxarmağa imkan verir.

Alınan vəsaitlər hissə-hissə ($235 mln.) dövlət büdcəsi hesabına, $215 mln. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin öz vəsaitləri hesabına geri qaytarılacaq.

Layihəyə üç komponent daxildir. Birinci komponent üzrə dəmir yol təsərrüfatının bərpası, yəni Bakıdan Gürcüstan sərhədinədək dəmir yolu sahəsində 3,3 kV daimi cərəyandan 25 kV dəyişən cərəyana keçid, elektrik təchizatı sisteminə keçidlə əlaqədar olaraq, siqnal sisteminin dəyişdirilməsi nəzərdə tutulur.

İkinci komponent çərçivəsində, 50 elektrik lokomotivinin alınması, üçüncü çərçivəsində isə, Dəmir Yolu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və bazar iqtisadiyyatının tələblərinə yaxınlaşdırılması nəzərdə tutulub. Hökumətdə artıq onun Səhmdar Cəmiyyətə çevrilməsi məsələsinə baxılır.

Layihə dörd ilə nəzərdə tutulub.

Məqalə müəllifi ilə bu ünvanla əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti