Azərbaycan, Bakı,18 fevral / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8442 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 11-də (1 ABŞ dolları üçün 0,8444 manat), minimum isə fevralın 14-15-də (1 ABŞ dollarına 0,8615 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
4 fevral | 0,8450 | 11 fevral | 0,8444 |
5 fevral | 0,8449 | 12 fevral | 0,8442 |
6 fevral | 0,8448 | 13 fevral | 0,8442 |
7 fevral | 0,8446 | 14 fevral | 0,8441 |
8 fevral | 0,8445 | 15 fevral | 0,8441 |
Həftə ərzində orta | 0,84476 | Həftə ərzində orta | 0,8442 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84394 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi fevralın 12 və 14-də (1 ABŞ dollarına 0,8441 manat), minimum isə fevralın 15-də (1 ABŞ dollarına 0,8436 manat) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 14 fevralda - 0,8440 AZN/USD məzənnəsi ilə $5,147 mln., 12 fevralda - 0,8441 AZN/USD məzənnəsi ilə $2,441 mln., 13 fevralda - 0,8439 AZN/USD məzənnəsi ilə $0,2 mln., 14 fevralda - 0,8441 AZN/USD məzənnəsi ilə -$30,105 mln., 15 fevralda - 0,8436 AZN/USD məzənnəsi ilə $72,989 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
4 fevral | 0,8450 | 11 fevral | 0,8444 |
5 fevral | 0,8449 | 12 fevral | 0,8442 |
6 fevral | 0,8448 | 13 fevral | 0,8442 |
7 fevral | 0,8446 | 14 fevral | 0,8441 |
8 fevral | 0,8445 | 15 fevral | 0,8441 |
Həftə ərzində orta | 0,84476 | Həftə ərzində orta | 0,8442 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
4 fevral | 0,8449 | 11 fevral | 0,8440 |
5 fevral | 0,8449 | 12 fevral | 0,8441 |
6 fevral | 0,8449 | 13 fevral | 0,8439 |
7 fevral | 0,8446 | 14 fevral | 0,8441 |
8 fevral | 0,8441 | 15 fevral | 0,8436 |
Həftə ərzində orta | 0,84468 | Həftə ərzində orta | 0,84394 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət bir manat qalxıb və 16 manat təşkil edib.