...

Azərbaycanda "quş qripi"nin xəbərdar edilməsi üzrə növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir S.Babayeva/ Bu gün Azərbaycanda quş qripinin xəbərdar edilməsi üzrə 2008-ci ilin ikinci monitorinqi başlayıb. Bu barədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Monitorinqi, tərkibinə baytarlıq xidməti, səhiyyə, ekologiya və təbii sərvətlər nazirilikləri və Ovçular cəmiyyətinin əməkdaşlarının daxil olduğu xüsusi komissiya keçirir.

Monitorinq, Xəzərin sahilyanı xətti də daxil olmaqla, Abşeronun milli parklarını, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını əhatə edir.

Monitorinqin nəticələri fevralın 29-da açıqlanacaq.

Xanvəli, ilkin müşahidələrə görə, ölkədəki epizootik vəziyyətin stabil kimi qiymətləndirildiyini bildirib.

2008-ci ilin yanvarın 14-dən 25-dək keçirilən birinci monitorinqi ölkə ərazisində virus aşakara çıxarmayıb. Laborator araşdırmaları 1993 ev quşunun qan nümunəsi və 30 patoloji material nümunələri əsasında keçirilib.

Ötən il dövlət xidməti 12 monitorinq keçirib, 8 mindən çox vəhşi və ev quşu nümunəsi öyrənilib. Onlardan heç birində quş qripi aşkar edilməyib.

Bu gün Azərbaycanda vəhşi quşların ovu, istifadəsi və satışına 2005-ci ilin payızından tətbiq edilən qadağa qüvvədədir. Bütün baytarlıq sərhəd-buraxılış məntəqələri ölkədə "quş qripi"nin yayılmasının qarşısını almaq üçün, gücləndirilmiş rejimdə işləyirlər. Dövlət Xidməti ev quşlarını, onların çox hallarda xəstəlik daşıyıcıları olan vəhşi quşlarla əlaqəsindən qaçmaq üçün, qapalı yerlərdə saxlamağı tövsiyə edir.

Beynəlxalq Epizootik Büronun (World Organisation for Animal Health) məlumatına görə, 2003-2007-ci illərdə "quş qripi" virusu 61 ölkənin ferma və quşçuluq təsərrüfatlarında aşkar edilib. Dünya Səhiyyə Təşkilatının (World Health Organization) məlumatına görə, bu illər ərzində DST tərəfindən 14 ölkədə laboratoriya nəticələrinə görə təsdiqlənmiş 213 ölüm hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti