Azərbaycan, Bakı, 27 fevral / Trend / Cari ilin mart ayının 31-dək tam yerləşdirilənə qədər saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10300820S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında bildirilir.
DQİ-nin Ümumi həcmi 3 952 200 AZN, Bir istiqrazın nominal dəyəri 200 AZN, İstiqrazların tədavül müddəti 181 gün, Ödəmə tarixi 26 avqust ayıdır.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərtilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.