...

Bank Respublika ilk yarımilin nəticələrinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend / Cari ilin əvvəlindən Bank Respublikanın aktivləri 30,6% artıb və 2008-ci il iyulun 1-nə 330,7 manat təşkil edib. Bankın kredit portfeli yanvar-iyun ərzində 39,1% artaraq, 221,6 mln. manat olub.

Hesabat dövrü ərzində müştəri depozitləri də 24,3% artaraq, 138,6 mln. manatı ötüb.

Əhalinin Bank Respublika-ya 2008-ci il yanvar-iyunda qoyduğu əmanətlərin həcmi 23,0% artıb və cari ilin iyulun 1-nə 64,4 mln. manat olub.

Bank Respublikanın yanvar-iyunda ümumi kapitalı 44,4% artaraq, 34,1 mln. manat olub. Cari ilin iyulun 1-nə Bankın Nizamnamə kapitalı 12,6 mln. manat təşkil edib.

2008-ci il yanvar-iyunun nəticələrinə görə, Bank Respublikanın gəliri 25,57 mln. manat, xərcləri isə,  19,03 mln. manat olub. Hesabat dövrü üzrə Bankın balansı 6,54 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti