...

Azərbaycanda həyat sığortasının inkişafı üçün böyük potensial var - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2008 17:34 (UTC +04:00)
Azərbaycanda həyat sığortasının inkişafı üçün böyük potensial var - ekspert

Azərbaycan, Bakı, 25 iyul/ Trend / Həyat sığortası dünyada ayrıca məhsul, bazarın lokomitivi kimi nəzərdən keçirilməsinə, Azərbaycanın sığorta bazarının 2007- ci ildə 63 faiz artmasına baxmayaraq, bu sığorta növü ölkədə sığorta fəaliyyətinin inkişaf etməmiş növlərindən biri kimi qalmaqda davam edir. Avropanın bəzi ölkələrində gəlirli olmasına görə yalnız bu növ xidmət göstərməklə məşğul olan şirkətlər mövcuddur. Belə ki, inkişaf etmiş sığorta bazarına malik ölkələrdə, şirkətlərin 65 faizi yalnız həyat sığortası ilə məşğuldur.

2008 - ci ilin I rübündə Azərbaycanda həyat sığortası sığorta bazarında təqribən 1,5 faiz yer tutub. Azərbaycanda sığorta xidmətlərinin əsas növləri aşağıdakılar olub: bazarda payı 24,6 faiz olan avtomobil sığortası, 12,1 faiz payla tibbi sığorta, 11,2 faiz payla əmlak sığortası və 9,4 faiz payla məcburi sığorta növləri.

Qərb ölkələrində vətəndaşlar şəxsiyyət vəsiqəsindən əlavə, üzərləriondə sığorta haqqında şəhadətnamə də gəzdirirlər. Buna səbəb insanların sosial rifahlarına və ya mənəvi rahatlıqlarına diqqət etmələridir. Lakin dünyada həyat sığortasının genişmiqyaslı inkişafına baxmayaraq, Azərbaycan əhalisi bu növ sığortaya kifayət qədər etibar etmir, bu xidmətə müxtəlif münasibət yaranıb. Bu,ilk növbədə, 2008-ci ilin əvvəlinə kapitallaşması 75,4 mln. manat olan sığorta şirkətlərinin aşağı kapitallaşma səviyyələri ilə əlaqədardır. Təbii ki, yüksək kapitallaşma səviyyəsinə malik şirkətlərə potensial müştərilər daha çox etibar edirlər. Şirkət nə qədər çox kapitallaşıbsa, o qədər də hadisələrin əlverişsiz inkişafı hallarında maliyyə davamlılığı var, onun etibarlılığı o qədər də yüksəkdir və müvafiq olaraq, iflas ehtimalı azdır.

Azərbaycanın Maliyyə Nazirliyi 2008 - ci ilin avqustuna sığorta şirkətlərinin kapitalına qarşı yeni tələblər qəbul etməyi planlaşdırır. 2009 - cu ilin yanvarından qüvvəyə minməli olan yeni qaydalar mövcud sığorta şirkətləri üçün kapitalın 0,8 mln. manat, yeni yaradılan sığorta şirkətləri üçün isə, 1 mln. manatadək artırılması üçün zəruridir.

Əhalinin həyat sığortası və ümumilikdə sığortaya etibarına, kifayət qədər biliyin olmaması və sığorta xidmətlərinin zəruriliyinin başa düşülməməsi təsir edir - yəni həm əhali, həm də kommersiya strukturları tərəfindən maliyyə savadsızlığı. Bu, həyat sığortasının zəif təbliği ilə əlaqədardır. Uzunmüddətli həyat sığortası polisi almaq üçün potensial müştərilərin məhsul haqqında sadə bilikləri çatışmır. Bununla əlaqədar, bu gün təhsil proqramlarının inkişafına, ayrı-ayrı kursların keçirilməsinə, genişmiqyaslı maarifləndirmə işlərinə, sığorta universitetlərinin inkişafına böyük diqqət ayırmaq lazımdır.

Sığorta şirkətlərinin peşəkar kadr çatışmamazlığı ilə əlaqədar, bazarı həyat sığortası üzrə maraqlı və keyfiyyətli məhsullarla təmin edə bilməməsi Azərbaycanda həyat sığortasının inkişafına mane olan növbəti amildir. Bu növ sığorta üzrə marketinq sisteminin, kadr potensialının inkişaf etdiyi qabaqcıl ölkələrin şirkətlərinin təcrübəsini mənimsəmək mane olmazdı.

Sığortaçılar Assosiasiyası artıq bu məsələ üzərində işə başlayıb və dünyanın 15 - dən çox ölkəsindən 100 - dən çox nümayəndənin, həmçinin, Azərbaycanın 20 sığorta şirkətinin iştirak etdiyi forum keçirib. Forum ölkənin sığorta bazarının tendensiyalarına, Avropa dövlətlərinin sığorta bazarının təcrübəsinin respublikada sığorta sektorunun inkişafına təsiri, həyat sığortasının inkişafı, maliyyə sistemi kimi sığorta bazarının analizi və sığortada korporativ idarəetməyə həsr olunmuşdu. Assosiasiya belə forumları hər il keçirməyi planlaşdırır.

Bunlar, əlbəttə, vacibdir, lakin başlıca problemlər deyil. Əhalini öyrətmək olar - bu, yalnız vaxt və pul məsələsidir. Sığortaçıların əsl fəlakəti həmvətənlərinin həyatlarına yüngül yanaşmalıdır. Sığortaçıların xidmətlərinə tələbat bir də ondan asılıdır ki. bizim vətəndaşlar həyatlarını müdafiə etməyin zəruriliyi haqqında əmlakın müdafiəsindən sonra düşünürlər.

Bütün bu problemlərə baxmayaraq, həyat sığortası böyük inkişaf perspektivlərinə malikdir. Azərbaycanın sığorta bazarının analizini aparan İsveçrənin iri təkrarsığorta şirkəti "Swiss Re" şirkətinin "Siqma" analizinə əsasən, illik hesablamada Azərbaycanda bütün sığorta növləri arasında ən yüksək inkişaf templəri məhz son dörd ildə 410 faiz artan həyat sığortası sahəsində müşahidə edilib, bu sığorta növü üzrə yığımlar 2,23 mln. manat təşkil edib.

Perspektivdə həyat sığortasının inkişafı hətta makroiqtisadi sabitliyin təmin olunmasında, inflyasiya tendensiyalarının azalmasında, həmçinin, sərmayə alətinə çevrilməsində vacib rol oynaya bilər. İstənilən ölkənin sığorta bazarının vacib inkişaf göstəricilərindən biri olan əhalinin adambaşına düşən sığorta pullarının indikatoru 22$ və ya 17 manatla, ümumilikdə, Azərbaycanın sığorta bazarının gələcəkdə böyük artım potensialına malik olduğunu nümayiş etdirir. Bunun üçün məcburi sığorta növləri seqmentinin inkişafına yardım etmək, həyat sığortasının inkişafının iqtisadi və qanunverici bazasının təşəkkülü üzərində işləmək lazımdır. Bundan əlavə, bu biznesin aparılması üçün konkret şəraitin yaradılması zəruridir.

Leyla Abdullayeva, Trend Analitik Mərkəzinin eksperti

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti