...

"Cənub axını" qaz kəməri layihəsinin bahalaşması onun reallaşdırılmasını yubadacaq - analitik

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2008 10:35 (UTC +04:00)
"Cənub axını" qaz kəməri layihəsinin bahalaşması onun reallaşdırılmasını yubadacaq - analitik

Azərbaycan, Bakı, 30 iyul/ Trend , müxbir A.Bədəlova/ "Cənub axını" qaz kəməri layihəsinin tikintisinin dəyəri təqribən 2 dəfə artıb. Rusiyanın energetika naziri Sergey Şmatko çərşənbə axşamı İtaliyanın iqtisadi inkişaf naziri Klaudio Skayola ilə görüşdə bildirib ki, layihənin reallaşdırılmasına yatırılacaq sərmayələr təqribən $20 mlrd. təşkil edəcək.

"Cənub axını" qaz kəməri 2013-cü ildən qazın Qara dəniz vasitəsilə Rusiyadan Balkan və digər Avropa ölkələrinə nəqli və tədarüküçü üçün nəzərdə tutulub. Layihənin təşəbbüsçüləri Rusiyanın qaz inhisarçısı "Qazprom" və İtaliyanın ENİ şirkətidir. Boru kəmərinin layihə gücü təqribən 30 mlrd. kubmetr olacaq. "Cənub axını"nın dəniz hissəsi Qara dənizin dibi ilə Rusiya sahilindən Bolqarıstan sahilinədək olacaq. Layihənin iştirakçıları arasında Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan da var. İyunun əvvəlində Avstriyanın qaz kəmərinə qoşulması dair hökumətlərarası sazişin imzalanması haqqında razılıq əldə edilib.

Əvvəllər "Cənub axını" layihəsinin dəyəri $10 mlrd. qiymətləndirilib. Reuters-in yazır ki, Rusiyanın energetika nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu dəyər layihənin ilkin öyrənilməsi mərhələsi əsasında hazırlanmış ilkin qiymətləndirmələrdən biridir.

"Çox ehtimal ki gələcəkdə layihənin dəyəri dəyişəcək", - o söyləyib.

Rusiyalı analitiklərin rəyinə görə, "Cənub axını" layihəsinin dəyərinin təqribən iki dəfə artması onun reallaşdırılmasını yubadacaq.

"Tərəfər yeni smetanı razılaşdıranadək, yeni hesablamalara aparanadək layihənin reallaşdırılması həqiqətən də müəyyən müddətə yubana bilər", - Beynəlxalq Maliyyə Qrupu UniCredit Group-un bir hissəsi olan "YuniKredit Aton" şirkətinin analitiki Pavel Sorokin hesab edir.

Sorokin çərşənbə günü elektron poçtla Trend -a bildirib ki, "Cənub axını"nın bahalaşmasının "Nabukko ilə müqayisədə onun cəlbediciliyini azaldacağına ehtimal azdır. O, bunu "Cənub axını" layihəsi üçün yeni infrastrukturun yaradılmasına zərurətin olmaması ilə izah edib.

""Qazprom"un Mərkəzi Asiya qazını bazar qiymətləri ilə almaq barədə razılığı ilə əlaqədar "Nabukko" üçün zəruri olan yeni infrastrukturun yaradılması məsələsi aradan qalxır. Eyni zamanda, "Cənub axını" mövcud sisteminin davamıdır", - Sorokin yazır.

2009 - cu ildə "Qazprom" Mərkəzi Asiya ölkələrindən qazı iki dəfə baha qiymətə alacaq. Hazırda "Qazprom" üçün türkmən qazının qiyməti min kubmetrinə görə $150, Qazaxıstan qazının --$160, özbək qazının qiyməti isə, $145 təşkil edir.

Sorokinin sözlərinə görə, boruların qiymətinin güclü surətdə artması ilə əlaqədar, bazar "Cənub axını" layihəsinin bahalaşacağını gözləyib.

"Düşünürəm ki, smetası yenidən hesablanarkən "Nabukko" da inflyasiya xərclərinə məruz qalacaq", - Sorokin söyləyib.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarük etmək nəzərdə tutulur. "Nabukko" layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər - 16,67 faiz paya malikdir. İri energetika şirkəti Gaz de France da qaz kəməri ilə nəql olunan qazın bir hissəsinin alınmasına maraq göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti