...

Azərbaycanda istehlak qiymətlərinin bazis indeksi inflyasiyanın artım templərini 1,3 bənd ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir İ.Xəlilova/ Avqustda istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul üzrə göstəricilər səviyyəsində qalıb, səkkiz ay ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz bahalaşıb, Dövlət Statistika Komitəsindən çərşənbə günü bildiriblər.

Ərzaq mallarının qiymətləri avqust ərzində 0,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə müvafiq olaraq 0,4 və 0,1 faiz bahalaşıb.

2007-ci ilin yanvar-avqustu ilə müqayisədə ərzaq mallarının qiymətləri 29,6 faiz, qeyri-ərzaq malları üzrə 11,1 faiz, xidmətlər sahəsində tariflər 11,4 faiz artıb.

Avqustda mövsümi dəyişikliklərə məruz qalan (meyvə və tərəvəzlər) və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətləri çıxmaq şərtilə, hesablanan istehlak qiymətlərinin bazis indeksi 100,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə səkkiz ay ərzində isə 122,6 faiz təşkil edib.

Sentyabrın 17-nə olan cari mübadilə məzənnəsi -- 0,814 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti