Azərbaycan, Bakı, 18 oktyabr/ Trend , müxbirlər İ.Əlizadə, E.İsmayılov/ Şənbə günü Milli Məclisin Iqtisadi siyasət üzrə daimi komissiyası"Azad iqtisadi zonalar haqqında"qanun layihəsini ilkin oxunuşda müzakirə edib.
"Azərbaycanda ölkə iqtisadiyyatının və neft sektorunun bərabər inkişifana təkan verəcək xüsusi iqtisadi zonaların yaradılmasına böyük maraq var", - iclasın gedişində parlament komissiyasının rəhbəri Ziyad Səmədzadə deyib.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun sözlərinə görə, Avropa və Asiyanın əksər ölkələrinin və eləcə də ABŞ -ın xüsusi iqtisadi zonaları var və bu, onlara iqtisadiyyatın qabaqcıl sahələrinin inkişafının genişləndirilməsinə, xarici səramayələrin cəlb edilməsinə və ölkə regionlarının inkişafına imkan verir.
Nazir müavininin sözlərinə görə, qanun layihəsinin hazırlanmasında dünya təcrübəsindən istifadə edilib.
"Azərbaycan Xəzər regionunda və Qafqazda əhəmiyyətli yer tutur və buna görə də, respublikada belə zonaların yaradılmasına böyük potensial var", - Cabbarov bildirib.
Nazir müavini azad iqtisadi zonaların yaradılması ilə bağlı hökumətin öhdəliyinin yalnız iki istiqamətə - rejimin yaradılmasına və birbaşa infrastruktura aid olamasını da dəqiqləşdirib.
Azad iqtisadi zonalara vergi və gömrük rüsumlarında güzəşt ediləcək. Zonaya gətirilən xammal gömrük rüsumlarından azad ediləcək. Azad iqtisadi zona yalnız dövriyyənin iki faizini ödəyəcək. Zonada neft, qaz, tütün və spirtli içkilər istehsalı qadağan ediləcək.