Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın tikinti sektorunun əsas fondu 2008-ci ildə altı mlrd. manatadək artıb. Bu barədə çərşənbə günü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizlik üzrə agentlik rəhərinin müavini Elxan Əsədov XIV Azərbaycan beynəlxalq tikinti sərgisinin açılışında bildirib.
Onun sözlərinə görə, ölkənin mənzil fondu dörd dəfə artıb və 2008-ci ildə 1,6 milyon kvadrat metrə çatıb ki, bu da xarici sərmayədarları Azərbaycanın tikinti sektoruna cəlb etməyə başlayıb.
Azərbaycanın tikinti bazarında Yaponiya, Almaniya və Cənubi Koreyadan olan şirkətlər iştirak edir.
Sərginin təşkilatçsı olan "ITE Group" şirkətinin nümayəndəsi Edvard Strounun sözlərinə görə, sərgidə 20 ölkədən 250 şirkət iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]